BAKI, 16 noyabr. TELEQRAF

UEFA Millətlər Liqasının qrup mərhələsinin VI turunda noyabrın 15-də səkkiz qarşılaşma keçirilib.

Teleqraf xəbər verir ki, gecənin diqqətçəkən oyununda İngiltərə səfərdə İspaniyanı 3:2 hesabı ilə məğlub edib. Belçika İtaliyaya 4:1 hesabı ilə qalib gəlib. Fransa Türkiyəni 2:1, Xorvatiya isə Çexiyanı eyni hesabla üstələyib.

Gecənin nəticələri:

Belçika – İtaliya 4:1

Fransa – Türkiyə 2:1

Xorvatiya – Çexiya 2:1

İspaniya – İngiltərə 2:3

Kipr – Monteneqro 1:4

Latviya – Ermənistan 0:0

Belarus – Albaniya 0:2

Finlandiya – San-Marino 7:2