BAKI, 16 noyabr. TELEQRAF
Fransa millisinin və Almaniyanın “Bavariya” klubunun futbolçusu Maykl Olise “Real Madrid”in transfer hədəfində qalır.
Teleqraf xəbər verir ki, bu barədə “Diario AS” nəşri məlumat yayıb.
Məlumata görə, “Bavariya” 24 yaşlı futbolçunu satmaq üçün 300 milyon avro tələb edir.
“Real” rəhbərliyi Olisenin Münhendəki vəziyyətini yaxından izləyir. Xüsusilə futbolçunun hələ “Bavariya” ilə yeni müqavilə imzalamaması Madrid klubunun diqqətindədir. Onun hazırkı sözləşməsi 2029-cu ilin yayına qədər qüvvədədir.
Qeyd edək ki, Maykl Olise bu mövsüm Bundesliqada 9 oyun keçirib, 6 qol vurub və 3 məhsuldar ötürmə edib.