BAKI, 17 noyabr. TELEQRAF

Böyük Britaniya şirkətləri Orta Dəhliz və "Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu" (TRIPP) layihəsində iştirak edə bilər.

Teleqraf xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Dunkan Norman mətbuat konfransında bildirib.

Diplomat Böyük Britaniyanın "Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu" (TRIPP) layihəsini dəstəklədiyini vurğulayıb:

“Şirkətlərin bu təşəbbüsdə iştirakı üçün imkan yaranarsa, London bundan yararlanmağa hazırdır. Orta Dəhlizin inkişafı Britaniya biznesi üçün də yeni perspektivlər açır”.