BAKI, 16 noyabr. TELEQRAF

Xorvatiya millisinin yarımmüdafiəçisi Luka Modriç yığmada keçirdiyi oyunların sayına görə Lionel Messiyə çatıb.

Teleqraf xəbər verir ki, Millətlər Liqasının qrup mərhələsinin VI turunda Çexiya ilə ev oyununda meydana çıxan 41 yaşlı futbolçu Xorvatiya millisində 208-ci matçını keçirib. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

"Transfermarkt" portalının statistikalarına görə, Modriç bu göstərici ilə Argentina millisində 208 oyun keçirən Lionel Messiyə çatıb.

Qeyd edək ki, milli komandada ən çox oyun keçirən futbolçu Kriştiano Ronaldudur. Portuqaliya millisinin hücumçusu yığmanın heyətində 234 matça çıxıb.