BAKI, 17 noyabr. TELEQRAF

Azərbaycandan Həcc ziyarəti üçün müəyyən edilən kvotanın 30%-dən çoxu artıq tamamlanıb.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.

O bildirib ki, kvotanın ilin sonuna kimi tamamlanması gözlənilir, çünki kvota bu il ötən ildən az nəzərdə tutulub.

Qeyd edək ki, bu il Həcc ziyarətinə sənəd qəbulu sentyabrın 24-ü başlayıb. QMİ bir nəfər üçün ziyarət paketinin qiymətini ötən ildə olduğu kimi 6100 ABŞ dolları müəyyən edib. Ancaq məbləğin az miqdarda artması da mümkündür.