BAKI, 17 noyabr. TELEQRAF

UEFA Millətlər Liqasında qrup mərhələsinin VI turunun növbəti oyunları keçirilib.

Teleqraf xəbər verir ki, gecənin ən diqqətçəkən nəticəsi Almaniya millisinin Niderland üzərində 5:0 hesablı qələbəsi olub.

İsveçrə millisi Şotlandiyanı 3:0 hesabı ilə məğlub edib. Yunanıstan isə Serbiya üzərində minimal hesablı qələbə qazanıb.

16 noyabrda keçirilən oyunların nəticələri:

Almaniya – Niderland 5:0

İsveçrə – Şotlandiya 3:0

Yunanıstan – Serbiya 1:0

Şimali Makedoniya – Sloveniya 0:2

İslandiya – Lüksemburq 3:0

Estoniya – Bolqarıstan 2:1

Litva – Lixtenşteyn 2:1

Farer adaları – Moldova 1:0

Qazaxıstan – Slovakiya 2:2

Cəbəllütariq – Malta 1:1

.