BAKI, 17 noyabr. TELEQRAF
Fransa Futbol Federasiyasının (FFF) prezidenti Filip Diallo FIFA rəhbərliyinə namizədliyini irəli sürməyi planlaşdırır. O, hazırkı prezident Canni İnfantinoya rəqib ola bilər.
Teleqraf xəbər verir ki, Diallonun namizədliyinin FFF-nin keçirəcəyi iclasda təsdiqlənəcəyi gözlənilir.
UEFA İcraiyyə Komitəsində təmsil olunan bütün milli federasiyaların fransalı funksionerin namizədliyini dəstəklədiyi bildirilir.
Federasiyalar FIFA-nın fəaliyyət istiqamətləri ilə bağlı narahatlıqlarını ifadə edərək dünya futbolunda birliyin və etimadın bərpasına çağırış ediblər.
Qeyd edək ki, FIFA prezidentliyinə namizədlərin qeydiyyatı çərşənbə günü başa çatacaq. Seçkilər gələn ilin mart ayında keçiriləcək.