BAKI, 17 noyabr. TELEQRAF

İpoteka və Kredit Zəmanət Fondu satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində ümumilikdə 91 yeni, tam təmirli mənzili vətəndaşlara təqdim edib.

Teleqraf Fondan istinadən xəbər verir ki, təqdim edilən mənzillər Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsində yerləşən yaşayış kompleksində (27 mənzil), Sumqayıt şəhəri, Sülh prospektində yerləşən yaşayış kompleksində (38 mənzil) və Abşeron rayonu, Saray qəsəbəsi, Məhəmməd Əsədov küçəsində yerləşən yaşayış kompleksində (26 mənzil) yerləşir.

Mənzillərin yaşayış sahələri 1, 2 və 3 otaqlı olmaqla, aylıq ödənişləri 419 manatdan başlayır.

Yeni mənzillər noyabrın 24-ü saat 15:00-dan etibarən seçimə təqdim olunacaq. Vətəndaşlar yaşayış sahələrinin siyahısı ilə bu keçid vasitəsilə tanış ola bilərlər.

\Müraciətlərin qəbulu və yaşayış sahələrinin seçimi “Mygov” portalında yerləşən “Elektron ipoteka və kredit zəmanət” sistemi üzərindən həyata keçiriləcək. Ərizəçilər müraciətlərini SİMA İmzanın biometrik identifikasiya funksionallığı ilə təsdiq edə biləcəklər. Vətəndaşlar SİMA İmzanın biometrik identifikasiya üsulunun tətbiqi ilə bağlı təlimatla bu keçid vasitəsilə tanış ola bilərlər.