BAKI, 17 noyabr. TELEQRAF

“Ermənistan Baş naziri Nikol Paşinyanın dekabrda Rusiyaya planlaşdırılan səfərlərindən heç bir müsbət nəticə gözləmirəm”.

Teleqraf xəbər verir ki, bunu Ermənistanın “Respublika” partiyasının sədri Aram Sərkisyan deyib.

“Rusiya “qara kağız” göndərən dövlətdir. Moskvaya səfərdən hansısa müsbət nəticə gözləmək lazım deyil. Orada Paşinyana nəyisə məcburən qəbul etdirməyə çalışacaqlar. Qoy qaz olmasın, bahalı olsun, atom elektrik stansiyası da olmasın, amma gəlin, bu çətinliyi birdəfəlik həll edək və nəvələrimizi bu vəziyyətdə qoymayaq. Xalqımız buna dözəcək”, - siyasətçi bildirib.