BAKI, 16 noyabr. TELEQRAF

Belçika millisinin yarımmüdafiəçisi Kevin De Bruyne karyerasını Niderlandda davam etdirə bilər.

Teleqraf "Sky Sport"a istihadən xəbər verir ki, PSV 35 yaşlı futbolçunun transferi ilə bağlı “Napoli” ilə rəsmi danışıqlara başlayıb.

Klublar son günlərdə mütəmadi əlaqə saxlayaraq mümkün transferin məbləği ilə bağlı razılığa gəlməyə çalışırlar.

De Bruyne özü də İtaliya klubundan ayrılmaqda israrlıdır. Lakin “Napoli”nin prezidenti Aurelio De Laurentis futbolçunu ucuz qiymətə buraxmaq niyyətində deyil.

Qeyd edək ki, belçikalı yarımmüdafiəçi bu mövsüm bütün turnirlərdə 15 oyun keçirib, 4 qol vurub və 2 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsinin müddəti gələn ilin yayında başa çatır.