BAKI, 17 noyabr. TELEQRAF

Bəhreyn Daxili İşlər Nazirliyi ölkədə təhlükəsizlik təhdidinin mövcudluğu barədə xəbərdarlıq edərək, sakinləri sığınacaqlara getməyə çağırıb.

Teleqraf xəbər verir ki, təhdidin xarakteri barədə ətraflı məlumat verilməyib.

Nazirliyin X sosial şəbəkəsində yayımladığı bəyanatda deyilir:

“Daxili İşlər Nazirliyi vətəndaşları və ölkədə yaşayan əcnəbiləri sakitliyi qorumağa, ən yaxın təhlükəsiz yerə getməyə və ictimai təhlükəsizliyin təmin edilməsi məqsədilə rəsmi kanallar vasitəsilə yayımlanan xəbərləri izləməyə çağırır”.

Noyabrın 16-da ABŞ-nin Manamadakı səfirliyi İrandan və Yəməndə fəaliyyət göstərən “Ənsarallah” Hərəkatından (husilər) mümkün hücum təhlükəsi ilə əlaqədar Bəhreyndəki Amerika vətəndaşlarını maksimum ehtiyatlı olmağa çağırıb. Noyabrın 15-də isə Bəhreynin hava hücumundan müdafiə sistemləri İranın hücumu zamanı bir neçə hava hədəfini ələ keçirərək məhv edib.