BAKI, 17 noyabr. TELEQRAF

Avropa İttifaqının anbarlarında təxminən 77 milyard kubmetr qaz var ki, bu da ötən illə müqayisədə 13,5 milyard kubmetr azdır və 2013-cü ildən bəri minimum göstəricidir.

Teleqraf xəbər verir ki, bu barədə "Gas Infrastructure Europe" (GIE) assosiasiyası məlumat yayıb.

Noyabrın 15-nə olan məlumata görə, Avropanın yeraltı qaz anbarlarının doluluq səviyyəsi 70,39% təşkil edib. Bu göstərici ötən ilin eyni dövründə 82% səviyyəsində olub.

Qitə istilik mövsümünə rekord dərəcədə aşağı qaz ehtiyatları ilə başlayıb. İstilik mövsümü başlayandan anbarlardan 6 milyard kubmetrdən çox qaz çıxarılıb.

Avropa Komissiyasının tələblərinə əsasən, Avropa İttifaqına üzv ölkələr hər il oktyabrın 1-dən dekabrın 1-dək qaz anbarlarının doluluq səviyyəsini 90 faizə çatdırmalıdırlar. Beləliklə, 2026-2027-ci illərin payız-qış mövsümünə qədər anbarların dolluluq səviyyəsinin 68 milyard kubmetr təşkil etməsi tələb olunurdu. Lakin Avropa Komissiyası bu il qışın çox mülayim keçəcəyinə ümid edərək hədəfi 80 faizə endirib.