BAKI, 16 noyabr. TELEQRAF
Norveç millisinin və İngiltərənin “Mançester Siti” klubunun hücumçusu Erlinq Holann karyerasını “Real Madrid”də davam etdirə bilər.
Teleqraf xəbər verir ki, bu barədə “indykaila News” məlumat yayıb.
Mənbənin sözlərinə görə, hazırda 26 yaşlı futbolçunun nümayəndələri “Real” rəhbərliyi ilə danışıqlar aparırlar. Lakin mümkün transferlə bağlı hələlik əlavə təfərrüatlar açıqlanmayıb.
Daha əvvəl Madrid klubunun prezidenti Florentino Peresin norveçli hücumçunun transferinə əmin olduğu barədə məlumat yayılmışdı.
Qeyd edək ki, Holann bu mövsüm bütün turnirlərdə 14 oyuna çıxıb və 14 qol vurub. Onun “Mançester Siti” ilə müqaviləsi 2034-cü ilin yayına qədər qüvvədədir. "Transfermarkt" portalı futbolçunun bazar dəyərini 220 milyon avro olaraq qiymətləndirir.