BAKI, 16 noyabr. TELEQRAF
Fransa millisinin kapitanı Kilian Mbappe yığmada keçirdiyi oyunların sayına görə Zinəddin Zidanın göstəricisinə çatıb.
Teleqraf xəbər verir ki, “Real Madrid”in hücumçusu Millətlər Liqasının Türkiyə ilə qarşılaşmasında start heyətində meydana çıxıb. Bu, 27 yaşlı futbolçunun Fransa millisində 108-ci oyunu olub.
Məlumata görə, Mbappe bu göstərici ilə Zinəddin Zidanın rekordunu təkrarlayıb. Hazırda Fransa millisinin baş məşqçisi olan Zidan da karyerası ərzində yığmada 108 oyun keçirib.
Qeyd edək ki, Mbappe bu matçlarda 67 qol vurub və 44 məhsuldar ötürmə edib. Zidan isə Fransa millisinin heyətində 31 qol və 29 məhsuldar ötürmə ilə yadda qalıb.