BAKI, 17 noyabr. TELEQRAF

Almaniyanın “Bavariya” klubunun futbolçusu Alfonso Deyvis zədələnib.

Teleqraf xəbər verir ki, 26 yaşlı müdafiəçi Kanada millisinin heyətində xəsarət alıb. Bu barədə Münhen təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Deyvis şənbə günü Kanada millisinin səfərdə Qvatemalaya 3:2 hesabı ilə qalib gəldiyi görüşdə zədələnib.

Müayinələr zamanı futbolçunun sol budunun arxa əzələsində yüngül yırtıq aşkarlanıb.

O, bir müddət yaşıl meydanlardan kənarda qalacaq.