BAKI, 16 noyabr. TELEQRAF
Bu gün UEFA Millətlər Liqasında VI turun növbəti oyunları keçiriləcək.
Teleqraf xəbər verir ki, turun proqramına A, B, C və D liqalarını əhatə edən 10 qarşılaşma daxildir.
A Liqasının II qrupunda Almaniya Niderlandla, Yunanıstan isə Serbiya ilə üz-üzə gələcək.
Azərbaycan millisinin də çıxış etdiyi D Liqasının II qrupunda isə Litva və Lixtenşteyn yığmaları münasibətlərə aydınlıq gətirəcəklər.
UEFA Millətlər Liqası
Qrup mərhələsi
16 noyabr
VI tur
A Liqası
II qrup
23:45. Almaniya – Niderland
23:45. Yunanıstan – Serbiya
B Liqası
I qrup
23:45. İsveçrə – Şotlandiya
23:45. Şimali Makedoniya – Sloveniya
C Liqası
III qrup
19:00. Farer adaları – Moldova
19:00. Qazaxıstan – Slovakiya
IV qrup
21:00. İslandiya – Lüksemburq
21:00. Estoniya – Bolqarıstan
D Liqası
I qrup
23:45. Cəbəllüttariq – Malta
II qrup
21:00. Litva – Lixtenşteyn