BAKI, 17 noyabr. TELEQRAF

Almaniya xarici işlər naziri Yohann Vadeful bu gün Azərbaycana, sabah isə Ermənistana səfər edəcək.

Teleqraf xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, hər iki ölkənin siyasi rəhbərliyi ilə keçiriləcək görüşlərdə sülh prosesi və Cənubi Qafqazın təhlükəsizliyi müzakirə olunacaq:

“Almaniya xarici işlər naziri Yohann Vadeful çərşənbə axşamı Bakıda siyasi danışıqlar aparacaq. O, Azərbaycan Prezidenti İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək. Danışıqların əsas mövzuları Almaniya ilə iyul ayında razılaşdırılmış strateji gündəliyin icrası, Ermənistanla sülh prosesi və Rusiyanın Cənubi Qafqazdakı rolu olacaq.

Çərşənbə günü Vadeful səfərini Ermənistanda davam etdirəcək. İrəvanda Ermənista Baş naziri Nikol Paşinyan və xarici işlər naziri Ararat Mirzoyanla görüşlər nəzərdə tutulub. Görüşlərdə, digər məsələlərlə yanaşı, Ermənistanın Avropa İttifaqına yaxınlaşması, Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılması məsələləri müzakirə olunacaq”.