
BAKI, 8 aprel. TELEQRAF
İtaliya A Seriyasının 31-ci turunda “Bolonya” öz meydanında “Napoli” ilə heç-heçə edib (1:1).
Teleqraf xəbər verir ki, 18-ci dəqiqədə “Napoli”nin yarımmüdafiəçisi Andre Zambo Anqissa hesabı açıb. “Bolonya”nın cavab qolunu isə 64-cü dəqiqədə hücumçu Dan Ndoy vurub.
“Bolonya” 57 xalla turnir cədvəlində 4-cü yerdədir. Çempionluq uğrunda mübarizə aparan “Napoli” 65 xalla ikinci sırada mövqe tutub.
A seriyasının lideri “İnter”in hesabında 68 xal var.