
BAKI, 8 aprel. TELEQRAF
Ağdam stansiyasından 48 kilometr cənub-qərbdə, Kəlbəcər rayonunda zəlzələ qeydə alınıb.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu xəbər yayıb.
Məlumata görə, yerli vaxtla saat 00:35-də maqnitudası 3,7 olan zəlzələ qeydə alınıb.
Zəlzələ ocağı Yerin 11 kilometr dərinliyində olub.