
BAKI, 8 aprel. TELEQRAF
“İsrail regionda xarici siyasətini daha məsuliyyətlə aparmalıdır. Onların seçdiyi yol yəhudi dövlətinə sabitlik gətirməyəcək”.
Teleqraf xəbər verir ki, bu sözləri Türkiyənin Xarici işlər naziri Hakan Fidan İraqın UTV telekanalına müsahibəsində deyib.
Türkiyəli diplomat bildirib: “İsrailin seçdiyi strategiya, xüsusən də işğalçılıq onlara heç vaxt təhlükəsizlik gətirməyəcək və mənfi nəticələrə yol açacaq. Ola bilsin ki, həyata keçirdikləri təxribatlar bəzi taktiki məsələləri həll etsin, amma strateji səviyyədə zərər daha ciddi olacaq".