
BAKI, 8 aprel. TELEQRAF
Panama dövləti Rusiyadakı səfiri Holman Delbert Katlin Toddu rəsmi olaraq vəzifəyə başlamasından cəmi iki ay sonra istefaya göndərmək qərarına gəlib.
Teleqraf xəbər verir ki, bu barədə “La Prensa” qəzeti Panama Xarici İşlər Nazirliyinə (XİN) istinadən xəbər yayıb.
Məlumata görə, Todd təcrübəli diplomatıdır. O, etimadnaməsini fevralın 10-da Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkova təqdim etmişdi.