
BAKI, 7 aprel. TELEQRAF
"Srvena Zvezda" komandası 2024/2025 mövsümündə vaxtından əvvəl Serbiya çempionu olub.
Teleqraf xəbər verir ki, "qırmızı-ağlar" 30 turdan sonra 86 xal toplayaraq, ikinci yerdə gedən "Partizan"ı 23 xal geridə qoyub.
Bu matçlarda komanda 106 qol vurub və 22 top buraxıb.
Bu, komandanın ardıcıl 8-ci, ümumilikdə 36-cı çempionluğu olub.
Qeyd edək ki, XXX turda "Srvena Zvezda" OFK-nı məğlubiyyətə uğradıb - 3:1.