BAKI, 8 aprel. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanı tərifləyib.

Teleqraf "TRT Haber"ə istinadən xəbər verir ki, Birləşmiş Ştatlar lideri Türkiyə Prezidenti barədə xoş sözlər söyləyib.

Tramp deyib: "Ərdoğanla çox yaxşı münasibətlərim var, o, çox güclü və ağıllı adamdır. Türkiyə lideri Suriyada heç kimin edə bilmədiyi bir iş gördü. Onun haqqını verməliyəm... Mən Ərdoğanı sevirəm, o da məni sevir. Aramızda heç vaxt problem olmayıb".