BAKI, 7 aprel. TELEQRAF

“Neftçi”nin futbolçusu Emil Səfərov zədələnib.

Teleqraf xəbər verir ki, bu, Premyer Liqada XXIX turun “Şamaxı” ilə səfər oyununun 10-cu dəqiqəsində baş verib.

23 yaşlı yarımmüdafiəçi “ağ-qaralar”ın qapısı qarşısında yaranan təhlükəli epizod zamanı rəqib futbolçu Andrey Tirkoveanu ilə mübarizədə qolundan zədə alıb.

Həkimlərin tibbi yardımına baxmayaraq, Səfərov matça davam edə bilməyərək, 19-cu dəqiqədə meydançanı tərk edib. Onun əvəzinə oyuna Aleks Fernandes daxil olub.

Qeyd edək ki, hazırda Şamaxı şəhər stadionunda davam edən qarşılaşmada qonaqlar 1:0 hesabı ilə öndədir. “Ağ-qaralar”ın futbolçusu Ramil Şeydayev 42-ci dəqiqədə penaltidən fərqlənib.