.png)
BAKI, 7 aprel. TELEQRAF
Azərbaycan Premyer Liqasında XXIX turun “Araz-Naxçıvan”- “Sumqayıt” oyununa hər iki komanda itkilərlə çıxacaq.
Teleqraf-ın məlumatına görə, “qırmızı-ağlar”ın 5, “gənclik şəhəri” təmsilçisinin isə 1 futbolçusu bu görüşü buraxacaq.
Naxçıvan təmsilçisindən Miço Kuzmanoviç, Bəxtiyar Həsənalızadə, Mustafa Əhmədzadə, Əyyub Allaş və Sezar Meza Kolli zədə səbəbindən komandalarına kömək edə bilməyəcəklər.
“Kimyaçılar”dan isə eyni səbəbə görə Giorgi Karaişvili matçı buraxacaq.
Qeyd edək ki, bu gün “Liv Bona Dea Arena”da baş tutacaq görüş saat 18:00-da start götürəcək.