
BAKI, 8 aprel. TELEQRAF
Çeçenistanın Açxoy-Martan şəhərində bir nəfərin bıçaqlı hücumu nəticəsində bir neçə yol polisi yaralanıb.
Teleqraf Rusiya Federasiyası İstintaq Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, cinayəti törədən şəxs məhv edilib.
Məlunatda deyilir: "İlkin məlumatlara görə, saat 21:00 radələrində Açxoy-Martan şəhərində yerli sakin yol polisi postunda olan patrul xidmətinin əməkdaşlarına bıçaqla hücum edib. Hücum nəticəsində polis əməkdaşları xəsarət alıblar. Hücum edən şəxs cavab atəşi ilə məhv edilib".
Hüquq-mühafizə orqanları əməkdaşlarının həyatına qəsd faktı ilə bağlı cinayət işi açılıb.
Hazırda hadisə yerinə baxış keçirilir, hadisə araşdırılır.