
BAKI, 8 aprel. TELEQRAF
Azərbaycan yığmasının futbolçusu Zamiq Əliyevin heyətində yer aldığı “Eqnatiya” klubu Albaniya çempionatında gözlənilməz məğlubiyyətlə üzləşib.
Teleqraf xəbər verir ki, “Eqnatiya” 33-cü turda yerli azarkeşləri qarşısında “Elbasani”yə uduzub – 1:2.
Azərbaycanlı futbolçu start heyətində yer alıb və sona qədər meydanda olub. Z.Əliyev matçın 26-cı dəqiqəsində sarı vərəqə almaqla “fəqlənib”.
“Eqnatiya” məğlub olmasına baxmayaraq, liderliyini qoruyur. Əliyevin komandası 58 xalla ən yaxın rəqibi “Dinamo”nu (Tirana) 3 xal qabaqlayır.