ŞAMAXI, 7 aprel. TELEQRAF

"Şamaxı" klubu yeni transfer etdiyi Anderson Kollinlə yollarını ayırıb.

Teleqraf xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Ayxan Abbasov bildirib.

Onun sözlərinə görə, 26 yaşlı hücumçunun sənədlərində problem olub: "Həm də fiziki cəhətdən tam hazır deyildi. Bizə demişdi hazıram, amma gələndə gördük ki, deyil".

Qeyd edək ki, yamaykalı Anderson Kollinin son klubu İraq təmsilçisi "Erbil" olub. O, əvvəllər vətənində "Kavalyer" və Şimali Makedoniyada "Breqalnitsa"nın formasını geyinib.