
BAKI, 8 aprel. TELEQRAF
İndoneziyada 5,8 bal gücündə zəlzələ baş verib.
Teleqraf xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin saytında məlumat yayılıb.
Seysmik hadisənin əhalisi 15 min nəfər olan Sinabang qəsəbəsindən 65 km aralıda baş verdiyi bildirilir. Mənbə 18 km dərinlikdə yerləşib.
Dağıntı və tələfat barədə məlumat yoxdur.