BAKI, 8 aprel. TELEQRAF

Əfsanəvi braziliyalı futbolçu Ronaldinyo “Real Madrid”in hücumçusu Kilian Mbappe haqda danışıb.

Teleqraf xəbər verir ki, bu barədə “L'Équipe” nəşri xəbər yayıb.

44 yaşlı sabiq forvard fransız həmkarının ünvanına xoş sözlər söyləyib: “Mbappe bəyəndiyim müasir oyunçulardan biridir. O, yaxşı dostdur. PSJ-dən ayrıldıqdan sonra oxşar yollarımız var - yeganə fərq klubdur. “Real”da Kilian daha da inkişaf edəcək, çatışmayan vacib uğurlar qazanacaq”.

Yada salaq ki, Mbappe ötən yay PSJ-dən “Real”a keçib. Onun Madrid klubu ilə 2029-cu ilə qədər müqaviləsi var.