
BAKI, 7 aprel. TELEQRAF
Dünyanın ən zəif komandası hesab olunan "Tuv Buqanuud" Monqolustan çempionatının XIII turunda evdə "Xoromxon"u məğlub edib - 2:1.
Teleqraf xəbər verir ki, cari mövsümdə birinci qələbəsini qazanan klub ilk 12 turda bütün oyunlarını uduzub. Monqolustan təmsilçisi bu matçlarda 5 qol vurduğu halda, qapısından 122 top buraxıb.
"Tuv Buqanuud" hazırda 9-cu pillədə qərarlaşan "Brera" kollektivindən 7 xal geridə qalır.