
BAKI, 8 aprel. TELEQRAF
İsrail Baş naziri Binyamin Netanyahu Ağ Evdə ABŞ Prezidenti Donald Trampla görüşüb.
Teleqraf xəbər verir ki, B.Netanyahu görüş zamanı Türkiyə haqqında da açıqlamalar verib.
Netanyahu deyib: "Suriyanın heç bir ölkə tərəfindən İsrailə qarşı bir hücum aləti olaraq yararlanmasını istəmirik. Türkiyə ilə hər hansı münaqişədən də qaçmaq istəyirik".