BAKI, 13 fevral. TELEQRAF

"Qəbələ" komandası bu mövsüm futbol üzrə Azərbaycan I Liqasında ilk dəfə qapısından top buraxıb.

Teleqraf xəbər verir ki, bu, səfərdə "İmişli"yə qarşı XIV tur oyununda baş verib. Görüş qonaq komandanın qələbəsi ilə yekunlaşıb - 2:1.

Hesabı 52-ci dəqiqədə "Qəbələ"nin futbolçusu Şahin Şahniyarov açıb. İmişli təmsilçisi 72-ci dəqiqədə braziliyalı mərkəz müdafiəçisi Dioqo Rollonun qolu ilə hesabı bərabərləşdirib. Lakin bundan 10 dəqiqə sonra Domi Massumo "qırmızı-qaralar"ın qələbə topunu vurub.

Qeyd edək ki, bu qələbədən sonra "Qəbələ" 36 xalla 1-ci pillədə möhkəmlənib. "İmişli" isə 24 xalla 3-cüdür.