![](https://teleqraf.az/storage/2024/12/23/715x378/gurcu_arzusu.jpg)
TBİLİSİ, 13 fevral. TELEQRAF
Təəssüflər olsun ki, bu gün Avropa Parlamentini ciddiyə almaq qətiyyən mümkün deyil.
Teleqraf xəbər verir ki, bu barədə Gürcüstanın hakim "Gürcü Arzusu" partiyasının Siyasi Şurasının Avropa Parlamentinin ölkə üzrə qəbul etdiyi qətnamə ilə bağlı bəyanatında bildirilib.
Sənəddə deyilir ki, ya “dərin dövlət” Avropa İttifaqını məhv edəcək, ya da Avropa İttifaqı “dərin dövlət”in təsirindən hansısa yolla xilas olmaq üçün özündə güc tapacaq.
"ABŞ Prezidenti Trampa "dərin dövlət"lə mübarizədə qələbə arzu etdiyimiz kimi, Avropanın da "dərin dövlət"in zərərli təsirindən xilas olmasını arzulayırıq. Biz bu mübarizədə vətənpərvər avropalıların tərəfində olacağıq", - bəyanatda qeyd edilib.