BAKI, 13 fevral. TELEQRAF

Ukrayna və Avropa gələcək sülh danışıqlarında mütləq iştirak etməli və danışıqlardan kənarda qalmamalıdır.

Teleqraf xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa bildirib.

Nazir bildirib ki, Ukraynanın müharibəni 2025-ci ilə qədər sona çatdırmaq üçün tərəfdaşlarla birgə çalışması vacibdir.

"Biz yalnız döyüşlərin dayandırılmasını istəmirik. Ukraynanı Ukraynasız, Avropanı isə Avropasız müzakirə etmək olmaz", - o vurğulayıb.

Həmçinin, nazir qeyd edib ki, Ukraynanın NATO-ya üzvlüyü ölkənin təhlükəsizliyini təmin etmək üçün ən etibarlı və əlçatan yoldur.

“Lakin sülh danışıqları zamanı Ukraynanın ərazi bütövlüyü və suverenliyinə təhlükə yarada biləcək heç bir kompromisə gedilməməlidir”, - o qeyd edib.