![](https://teleqraf.az/storage/upload/715x378/teleqraf.com1435839243CAR-dan İrana 13 ton qızıl.jpg)
BAKI, 13 fevral. TELEQRAF
Azərbaycanın Avstraliyadan idxalının kəskin artmasının səbəbi bəlli olub.
Teleqraf Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, Azərbaycan ötən il Avstraliyadan 1 milyard 463,12 milyon dollarlıq məhsul idxal edib. Bu, 2023-cü illə müqayisədə 125 dəfə çoxdur. Azərbaycan 2023-cü ildə bu ölkədən 11 milyon 688,97 min dollarlıq məhsul idxal etmişdi.
Artıma səbəb qızıl idxalı olub. Belə ki, Avstraliyadan 2024-cü ildə 1 milyard 452 milyon ABŞ dolları dəyərində 18 158 kiloqram qızıl idxal edilib. Bu, idxalın 99 faizinə bərabərdir.
Nəticədə, Avstraliya Azərbaycanın idxalında beşinci yerə yüksəlib. Bu ölkənin Azərbaycanın ümumi idxalında payı isə 6,95 faiz olub.