BAKI, 13 fevral. TELEQRAF

“The Telegraph” qəzeti Rusiya və ABŞ prezidentləri Vladimir Putinlə Donald Tramp arasındakı telefon danışığından sonra mövcud beynəlxalq münasibətlər sistemini “Putin və Trampın dünyası” adlandırıb.

Teleqraf xəbər verir ki, Britaniya nəşri Rusiya liderinin ABŞ və Çinlə birlikdə dünyanı bölüşdürmək istədiyini yazıb.

Məqalədə qeyd olunur ki, Trampın Rusiya lideri ilə məhsuldar danışıqlar apardığını bildirməsi, Putin üçün böyük qələbədir.

“Putin yalnız başqalarının taleyini həll edən ölkələrin əsl suveren dövlət olduğunu düşünür. O, həmişə Rusiyanın ABŞ və Çinlə birgə böyük dövlətlərdən biri olacağını və dünyanı onlarla bölüşdürəcəyinə inanır. Buna görə də, Moskva həmişə Ukraynanın taleyini Vaşinqtonla müzakirə etmək istəyib, çünki onların fikrincə, bu məsələni Kiyev yox, ABŞ həll etməlidir. Bu isə Ukrayna üçün qaranlıq razılaşmadır”, - təhlildə deyilir.