BAKI, 13 fevral. TELEQRAF

"Turan" İnformasiya Agentliyi fəaliyyətini dayandırır.

Teleqraf xəbər verir ki, bu barədə agentliyin saytında müraciət dərc olunub.

Agentliyin direktoru Mehman Əliyev kollektiv adından yaydığı müraciətində "Turan" İA-nın mövcud formatda fəaliyyətini maliyyə çətinlikləri ilə bağlı dayandırdığını açıqlayıb.

Qeyd edək ki, "Turan İnformasiya Agentliyi" 1990-cı ilin mayında bir qrup jurnalist tərəfindən SSRİ-də ilk müstəqil informasiya agentliklərindən biri kimi yaradılmışdı.