![](https://teleqraf.az/storage/2025/02/13/715x378/whatsapp_grsel_2025-02-13_saat_14.28.14_9723d874.jpg)
Bakı, 13 fevral, TELEQRAF
Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən şəxslərə qarşı ardıcıl əməliyyat tədbirləri keçirilib.
Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, həyata keçirilən tədbirlərlə Əli Tağıyev, Maqsud Əliyev, Mərahim Alcanov saxlanılıb. Onlardan ümumilikdə 5 kiloqram tiryək, meramfetamin və marixuana aşkarlanıb.
Şöbə əməkdaşlarının qanunsuz saxlanılan odlu silah-sursatın aşkarlanması istiqamətində keçirdikləri tədbirlərlə isə Dövlət Xəlilov saxlanılıb. Ondan 1 ədəd "AKS-74U" markalı avtomat, 19 ədəd patron və marixuana aşkar edilib.
Faktlarla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.