Bakı, 13 fevral, TELEQRAF

Paraqvay parlamentinin Azərbaycanla dostluq qrupu tezliklə Bakıya səfər edəcək.

Teleqraf xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Paraqvayın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Seferino Valdez Peraltanın etimadnaməsini qəbul edərkən məlumat verilib.

Bundan başqa, görüşdə Azərbaycan ilə Paraqvay arasında parlamentlərarası, mədəni, humanitar əlaqələrin inkişaf etdirilməsinin vacibliyi bir daha qeyd olunub, Paraqvay parlamentində Azərbaycanla dostluq qrupunun tezliklə Bakıya səfər edəcəyi bildirilib, kənd təsərrüfatı, o cümlədən heyvandarlıq sahəsində əməkdaşlığın perspektivlərinə dair müzakirələr aparılıb.