![](https://teleqraf.az/storage/2025/02/13/715x378/eurofighter-meteor-missile.jpg)
BAKI, 13 fevral. TELEQRAF
Ankaranın Fransadan almağa planlaşdırdığı “Meteor” raketlərinə görə Yunanıstanın Parisə etirazı ilə bağlı Türkiyə Müdafiə Nazirliyi açıqlama verib.
Teleqraf xəbər verir ki, qurum sözügedən raketlərin Almaniyadan “Eurofighter Typhoon” döyüş təyyarələrinin tədarükü prosesi çərçivəsində alınacağını açıqlayıb.
“Meteor” raketi hava-hava tipli raketlər sırasında Avropa mənşəli yeni nəsil uzaqmənzilli raketdir. “Eurofighter Typhoon” döyüş təyyarələrinin alınması layihəsi çərçivəsində “Meteor” raketlərini inventarımıza əlavə etməyi planlaşdırırıq.
Həmişə dediyimiz kimi, prioritetimiz yerli silah və sistemlərdir. Bu çərçivədə inkişaf etdirdiyimiz “Meteor” raketinə bərabər olan “Gökhan” hava-hava tipli raketi ilə Hərbi Hava Qüvvələrimizi gücləndirməyi planlaşdırırıq. “Gökhan” raketi inventara daxil olana qədər “Eurofighter” təyyarəsi ilə birlikdə “Meteor” raketinin satınalma işləri problemsiz davam edir”, - nazirlik bildirib.