![](https://teleqraf.az/storage/2024/12/28/715x378/mrkzi_bank.jpg)
BAKI, 13 fevral. TELEQRAF
Bu gün Azərbaycan Mərkəzi Bankında növbəti valyuta hərracı keçirilib.
Teleqraf xəbər verir ki, hərracda tələb 36,2 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub.
Hərracın ortaçəkili məzənnəsi 1,7000 manat təşkil edib.
Bundan öncəki – 11 fevralda keçirilən hərracda bankların dollar tələbi 56,8 milyon ABŞ dolları olmuşdu.
Fevralda keçirilən 4 hərracda banklara 200,4 milyon ABŞ dolları satılıb.