BAKI, 13 fevral. TELEQRAF

Azərbaycan şahmatçısı Teymur Rəcəbov ölkə çempionatında mübarizəni davam etdirməyəcək.

Teleqraf Azərbaycan Şahmat Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, səbəb 38 yaşlı qrossmeysterin səhhətində problemin yaranmasıdır.

Rəcəbov bununla bağlı ölkə çempionatının baş hakimi Lütfiyar Rüstəmova və Təşkilat Komitəsinə müraciət ünvanlayıb. Şahmatçı sağlamlığında yaranan problemlə bağlı çempionatda 3-cü yer uğrunda oyunlarda iştirak etməyəcəyini bildirib və bunun üzürlü sayılmasını xahiş edib.

Qeyd edək ki, Teymur Rəcəbov 3-cülük uğrunda Misrətdin İskəndərovla görüşməli idi.