BAKI, 13 fevral. TELEQRAF

Dünən olduğu kimi, bu gün də kəşmirli qardaşlarımızın yanındayıq.

Teleqraf xəbər verir ki, bunu Pakistanda səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Pakistanın terrora qarşı və regional sabitlik üçün apardığı mübarizəni yüksək qiymətləndiririk. Terrorun bütün formalarına qarşı mübarizədə dəstəyimizi bildiririk. YPG-PKK, İŞİD və FETÖ kimi terrorla mübarizədə Pakistanın güclü dəstəyini də hiss edirik. FETÖ-nün terror təşkilatı elan edilməsi bu iradənin ən mənalı nəticəsidir.

Dövlətimiz və millətimiz dünən olduğu kimi, bu gün də kəşmirli qardaşlarımızla həmrəydir. Türkiyə olaraq Kəşmir məsələsinin qardaşlarımızın gözləntilərinə uyğun olaraq dialoq və BMT çərçivəsində həll edilməsini istəyirik”, - dövlət başçısı bildirib.

Pakistan Baş naziri Şahbaz Şərif ölkəsinə dəstəyə görə Türkiyə prezidentinə təşəkkür edib:

“Həmişə Kəşmir məsələsində Pakistan xalqını diqqətdə saxlamısınız və onun yanında olmusunuz. Biz də Şimali Kiprdə sizin yanınızda olduq və aydın mövqe tutduq”.