![](https://teleqraf.az/storage/2024/09/20/715x378/qarabag_universiteti_3.jpg)
BAKI, 13 fevral. TELEQRAF
Ötən il “Gənc qızların təhsilinə dəstək” layihəsi çərçivəsində ilk dəfə iki nəfər Qarabağ Universitetinə qəbul olunub.
Teleqraf xəbər verir ki, bu fakt Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə hesabatında yer alır.
Qızlardan Ləman Əzimova universitetin riyaziyyat müəllimliyi ixtisasının, Aysel Mehralıyeva isə hüquqşünaslıq ixtisasının tələbəsidir.
Hesabatda qeyd olunub ki, layihə çərçivəsində 2024-2025-ci tədris ilində tələbə adını qazanan daha 50 nəfər tələbə qız “Hənifə Məlikova - Zərdabi adına təqaüd proqramı”na cəlb olunub. Layihənin həyata keçirildiyi 4 il ərzində isə 58 rayon üzrə 144 tələbə qız 27 fərqli ali təhsil müəssisəsinə qəbul olunub.
Xatırladaq ki, “Gənc qızların təhsilinə dəstək” layihəsi Dövlət Komitəsi, Elm və Təhsil Nazirliyinin və Təhsilin İnkişafı Fondunun əməkdaşlığı ilə həyata keçirilib.