![](https://teleqraf.az/storage/2021/01/26/715x378/dollar.jpg)
BAKI, 13 fevral. TELEQRAF
2025-ci ilin 1 yanvarına Azərbaycanın valyuta ehtiyatları (Dövlət Neft Fondu və Azərbaycan Respublikasının Mərkəzi Bankı) 71 milyard ABŞ dolları olub.
Teleqraf xəbər verir ki, bu, Azərbaycanın xarici dövlət borcunu təqribən 14 dəfə üstələyir. 1 yanvar 2025-ci il tarixi vəziyyətinə xarici dövlət borcu 5 milyard 129,7 milyon ABŞ dollar təşkil edib.