BAKI, 13 fevral.TELEQRAF
2024-cü ildə ölkənin idxal əməliyyatlarında mühüm dəyişikliklər müşahidə olunub.
Teleqraf Dövlət Statistika Komitəsinə əsasən məlumat verir ki, 2024-cü ildə ölkənin idxal əməliyyatlarında əsas ticarət tərəfdaşları Çin (17,7%), Rusiya (17,2%) və Türkiyə (11,0%) olub. Ümumilikdə, idxalın 11,6%-ı digər ölkələrdən həyata keçirilib.
2023-cü illə müqayisədə 2024-cü ildə müxtəlif məhsulların idxalında əhəmiyyətli artımlar müşahidə olunub. Buğda idxalı 9,9%, bitki yağları 29,5%, kərə yağı 78,4%, quş əti 43,2%, mal əti 46,4%, təzə tərəvəz 53,3%, yük avtomobilləri 15,7%, mebellər 36,6%, mineral gübrələr 17,4%, avtobuslar isə 2,5 dəfə artıb. Lakin, bəzi məhsulların idxalı azalıb: qara metallardan çubuqlar 65,1%, məişət kondisionerləri 45,0%, polipropilen 19,9%, sement 1,7%, kartof isə 13,6% azalıb.