BAKI, 13 fevral. TELEQRAF
Ermənistan və Azərbaycan arasında sülh danışıqları dalana dirənməyib.
Teleqraf xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan deyib.
“Delimitasiya komissiyalarının iclası keçirilib, razılaşma var ki, yaxın vaxtlarda yeni iclas keçirilsin”, - diplomat bildirib.
Sülh müqaviləsi üzrə danışıqlara gəlincə, nazir müavini qeyd edib ki, Ermənistan Azərbaycana təqdim etdiyi təkliflərə cavab gözləyir:
“Ümid edirik ki, prosesin davam etməsi üçün onu tezliklə alacağıq”.
Kostanyan vurğulayıb ki, Ermənistan danışıqlarda iştirakını davam etdirir.