![](https://teleqraf.az/storage/2021/10/20/715x378/dollar-mehkeme-1.jpg)
BAKI, 13 fevral. TELEQRAF
Xarici dövlət borcunun 49 faizi 5 ilə qədər olan müddətdə, 44,9 faizi 5 ildən 10 ilə qədər olan müddətdə, 6,1 faizi isə 10 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır.
Teleqraf xəbər verir ki, mövcud kredit müqavilələri və avrobondlar üzrə geri ödəniş qrafiklərinə uyğun olaraq xarici dövlət borcunun Orta Ödəmə Müddətinin göstəricisi 5,4 təşkil edir.
1 yanvar 2025-ci il tarixi vəziyyətinə xarici dövlət borcu 5 milyard 129,7 milyon ABŞ dollar təşkil edib.