BAKI, 13 fevral. TELEQRAF
Ötən il Azərbaycan smartfon idxalını artırıb.
Teleqraf xəbər verir ki, 2024-cü ildə 1 milyon 509 min 802 ədəd smartfon idxal edilib.
Bu, 2023-cü illə müqayisədə 242 min 763 ədəd və ya 16 faiz çoxdur.
İxrac isə əksinə azalıb. Belə ki, Azərbaycanın smartfon ixracı 70 ədəd azalaraq 1203 ədəd olub.